Xəzər Xəbər

AQTA “quş qripi” ilə bağlı hərəkətə keçdi

Tədbirin keçirilməsində məqsəd ölkə ərazisini xəstəlikdən qorumaqdır.
Cəmiyyət | 13:11 • 4 Mart 2021
AQTA “quş qripi” ilə bağlı hərəkətə keçdi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlar tərəfindən quş qiripi üzrə simulyasiya tədbiri keçirilir.

Tədbirin keçirilməsində məqsəd ölkə ərazisini xəstəlikdən qorumaqdır.

AQTA-nın heyvan sağlamlığı şöbəsinin müdiri Qalib Əbdüləliyev açıqlamasında bildirib ki, simuliyasiya təlimi 2 istiqamətdə: inzibati təşkilati və xəstəliyin aşkar olunması formasında aparılacaq.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən ötən ilin yanvar ayından etibarən təbiətdə, təsərrüfat quşları arasında quş qripi və digər zoonoz xəstəliklər qeydə alınıb və hazırda dünyanın 48 ölkəsində quş qripi xəstəliyi davam edir./report

Xəbər lenti