Xəzər Xəbər

Miqrasiya Xidməti ikili vətəndaşlığı olan şəxslərə xəbərdarlıq etdi

Dövlət Miqrasiya Xidməti ikili vətəndaşlıq alan Azərbaycan vətəndaşları barədə məlumat yayıb.
Cəmiyyət | 11:51 • 4 Mart 2021
Miqrasiya Xidməti ikili vətəndaşlığı olan şəxslərə xəbərdarlıq etdi

Dövlət Miqrasiya Xidməti ikili vətəndaşlıq alan Azərbaycan vətəndaşları barədə məlumat yayıb.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Kələntərli bildirib ki, başqa bir dövlətin vətəndaşlığını qəbul edən şəxslər bir ay müddətində Azərbaycan Dövlət Miqrasiya Xidmətinə və ya vətəndaşlığını aldığı dövlətdə Azərbaycan Respublikasının səfirliyi və ya konsulluğuna müraciət etməlidir: "Vətəndaş həmin qurumlara yazılı müraciət etməlidir. Bunun üçün Dövlət Miqrasiya Xidmətinin saytında ərizə və anket forması var. Vətəndaş həmin anket formasını doldurmaqla Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Əgər həmin şəxs başqa ölkə vətəndaşlığını illər əvvəl də qəbul edibsə, bu barədə də məlumat verilməlidir".

E.Kələntərli bildirib ki, ikili vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikası tərəfindən yalnız Azərbaycan vətəndaşı kimi tanınır./trend

Xəbər lenti