Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

Təhsil işçilərinin vaksinasiyasına başlanılıb

Cəmiyyət | 102 | 15:01 • 3 Mart 2021
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb

Bu gündən etibarən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. İlkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən peyvənd məntəqələri kompüter avadanlıqları ilə təchiz olunub və data kart vasitəsilə internetə çıxış təmin olunub. 

Koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.

Çox oxunanlar

Bu gün hava necə olacaq?
95 | 09:06 • 20 Aprel 2021
Bir həftə iş olmayacaq
304 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,043 | 11:28 • 24 Mart 2021