Xəzər Xəbər

Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib

Cəmiyyət | 19:22 • 2 Mart 2021
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının Vətən müharibəsində yaralanmış qazilərlə görüşləri davam edir. Bu dəfə Sumqayıt Reabilitasiya Mərkəzində reabilitasiya kursu keçən qazi Camal İlqar oğlu Alxasovla görüş olub.

Nazirlikdən xezerxeber.az-a bildirilib ki, nazirlik tərəfindən qazilərin əlilliyinin qiymətləndirilməsi sahəsində operativ tədbirlər görülür. Artıq 200-dən çox qazimizə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Onlara Prezidentin aylıq təqaüdlərinin, əlilliyə görə aylıq pensiya və ya müavinətlərin proaktiv qaydada təyinatı həyata keçirilib.

C.Alxasova ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar I dərəcə müddətsiz əlillik və Prezidentin aylıq təqaüdü, həmçinin əlilliyə görə müavinət təyin olunub. Görüş zamanı qaziyə təqaüd kartı təqdim edilib. Ona müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan digər dəstək tədbirləri, bu tədbirlərdən necə faydalana bilməsi üçün prosedurlar barədə məlumat verilib.

Qazinin ailəsinin də sosial vəziyyəti öyrənilib, ailə üzvünün məşğulluq məsələsi həll olunub.

Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən C.Alxasovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təminatı işləri də aparılır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
416 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti