Bakı 14 ℃
Xəzər Xəbər
USD 1.7

Bakıda dələduzluq edən ata və oğula cinayət işi açılıb

Cəmiyyət | 103 | 16:25 • 2 Mart 2021
Bakıda dələduzluq edən ata və oğula cinayət işi açılıb

Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Mehtiyev Qabil Şahpələng oğlunun, Vahid Əhmədov və oğlu Rəşad Əhmədov tərəfindən 55 min manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti dərc edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, qeyd edilən müraciət üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılmaqla Vahid Əhmədovun oğlu Rəşad Əhmədovla birlikdə bir qrup şəxs halında Qabil Mehtiyevin etibarından-sui istifadə edib aldadaraq qardaşı Ramil Mehdiyevin həbsdən buraxılmasını həll edəcəklərini vəd edərək 2018-ci ilin sentyabr ayından 2020-ci ilin mart ayına qədər olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 55 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.

Hazırda cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir.

Çox oxunanlar

Sabah 25 dərəcə isti olacaq
31 | 11:57 • 11 Aprel 2021