Xəzər Xəbər

Günəşdə maqnit qasırğası başladı - Kimlərə daha çox təsir edir?

Bu gün Bakı vaxtı ilə səhər saat 08:00-da Günəşdə maqnit qasırğası başlayıb.
Cəmiyyət | 13:46 • 1 Mart 2021
Günəşdə maqnit qasırğası başladı - Kimlərə daha çox təsir edir?

“Bu gün Bakı vaxtı ilə səhər saat 08:00-da Günəşdə maqnit qasırğası başlayıb”.

Bunu Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov deyib.

O bildirib ki, maqnit qasırğası adətən gün ərzində bitir: “Maqnit qasırğası Günəşdə baş verən partlayışlar nəticəsində alışmalarla olur. Tac dəliyindən plazma axını Yerə tərəf istiqamətlənəndə maqnit qasırğası yaranır. Günəş fırlandıqca gün ərzində onun istiqaməti dəyişdiyinə görə, qasırğa Yerdən kənar keçəcək.  Alışmalar çox zəifdir. Maqnit qasırğası adətən başlayanda maksimum olur, sonra isə yavaş-yavaş sönür, təxminən 6-7 saat davam edir”. 

N.Cəlilov qeyd edib ki, növbəti günlərdə maqnit qasırğasının olma ehtimalı azdır./apa

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
494 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar