Xəzər Xəbər

İntihara daha çox kişilər meyil edirlər, yoxsa qadınlar? - Bahar Muradova cavab verdi

Cəmiyyət | 15:32 • 26 Fevral 2021
İntihara daha çox kişilər meyil edirlər, yoxsa qadınlar? - Bahar Muradova cavab verdi

Cəmiyyətdə kişilər intihar hallarına daha çox meyil edirlər.

XəzərXəbər Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, cəmiyyət insanları intihar etməyə məcbur edən adətlərdən imtina etməyə hazır olmalıdır:

"Cəmiyyət olaraq əl-ələ verib bu problemin üzərinə getməyi bacarmalıyıq. Ailədə bizim vəziyyətimizə nə mane olursa, çətinlik yaradırsa, gözəl arzuları olduğu halda, gənclərimizi bu həyatdan ayrımağa nə vadar edirsə - cəmiyyət bütün bunlara səbəb olan amillərdən imtina etməyə hazır olmalıdır. Ailələrlə bağlı işlər yalnız dövlət komitəsi tərəfindən deyil, digər müvafiq qurumlar tərəfindən də aparılır. Bu məsələ yalnız bizim nəzarətimizdə deyil. Bir sıra dövlət orqanları və ictimai təşkilatlar da bu prosesə qatılmalıdırlar".

Xəbər lenti