Xəzər Xəbər

Yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılacaq

Cəmiyyət | 15:44 • 25 Fevral 2021
Yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılacaq

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində mart ayının ilk günlərindən etibarən qarölçmə işlərinin aparılmasına başlanılacaq.

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, qarölçmə işləri 25 marşrut üzrə 4 qrupdan ibarət ekspedisiya tərəfindən həyata keçiriləcək və qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı, sululuğu təyin olunacaq:“Qarölçmə işləri Böyük Qafqazın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayonlarının ərazilərindən axan Balakənçay, Katexçay, Talaçay, Kürmükçay, Şinçay, Kişçay, Bumçay, Dəmiraparançay, Quba və Qusar rayonlarının ərazilərindən axan Qusarçay, Qudiyalçay, Vəlvələçay, Kiçik Qafqazın Gədəbəy, Daşkəsən, Göygöl rayonlarının ərazilərindən axan Şəmkirçay, Zəyəmçay, Gəncəçay, Kürəkçay və Kəlbəcər, Laçın rayonlarının ərazilərindən axan Tərtərçay və Həkəriçay çaylarının hövzələrində aparılacaq”.

Xəbər lenti