Xəzər Xəbər

Mütəxəssis işbazların “ədviyyat oyunu”nu ifşa etdi: İllərlə satılmayan noxudu...

İşbazların tələsinə düşməmək üçün bəzi məqamlarda diqqətli olmaq lazımdır.
Cəmiyyət | 19:35 • 24 Fevral 2021
Mütəxəssis işbazların “ədviyyat oyunu”nu ifşa etdi: İllərlə satılmayan noxudu...

Ədviyyat bazarında bəzən xoşagəlməz hallar yaşanır. İşbazların tələsinə düşməmək üçün bəzi məqamlarda diqqətli olmaq lazımdır. İşbazlar sarıkökə un və illərlə satılmayan noxudu üyüdüb əlavə edirlər. Bunu bilmək üçün 1 stəkan ilıq suya 1 çay qaşığı sarıkök əlavə edirik. Əgər suyun üzərində ağ təbəqə əmələ gəldisə, deməli, sarıkökə un və ya üyüdülmüş noxud əlavə olunub. Ən yaxşı olan sarıkök rəngi xardal rəngində olandır.

Bu barədə qida texnoloqu Ağa Salamov danışıb. Mütəxəssis bildirib ki, işbazlar sumağa da rəng qatqıları və süpürgə toxumu əlavə edirlər:

“Sumağa toxunduğumuz zaman əlimizə qırmızı rəng çıxarsa və ya 1 stəkan ilıq suya 1 ç/q sumaq əlavə edərkən suyun rəngi qırmızı olarsa, demək ki, ona rəng qatılıb.

Zəfəran adı ilə bəzən bazarda Aspir bitkisi satılır. Zəfəran alarkən həm qiymətinə, həm də kök qisminə diqqət etmək lazımdır. Əsl zəfəran ucuz satılmır və kök qismi (ağ qismi) kəsilir. Onun kök qisminin ağ olduğuna görə rəngvermə xüsusiyyəti yoxdur. Bəzən işbazlar çəkiyə ağırlıq qatmaq üçün kök qismini kəsib atmır.

Duz qaya duzu, dəniz duzu və ya Naxçıvan duzu olsa, istehlak üçün daha faydalı olar. Nəinki tərkibində kimyəvi qatqılar olan süfrə duzu. Ən yaxşısı qaya duzunu əl dəyirmanı ilə üyüdüb xörəklərdə istifadə etməkdir. Qış aylarında gündəlik qida rasionuna 5 qr duz kifayət edir.

Dən istiotdan əl dəyirmanı ilə istifadə etmək və ya dən istiotu ev şəraitində üyüdüb istifadə etmək daha məqsədəuyğundur. İşbazlar bəzən sarıkök kimi, istiotda da undan və ya üyüdülmüş noxuddan istifadə edirlər.

Pul bibərə də rəng qatılır, bunu bilmək üçün 1 fincan ilıq suya 1 ç/q pul bibəri asta-asta əlavə edirik. Əgər suya qırmızı rəng çıxdısa, demək ki, rəng qatılıb. Keyfiyyətli pul bibər fincanın dibinə çökməlidir”./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti