Xəzər Xəbər

Müharibədən qayıdan və iş yeri tapa bilməyənlərin NƏZƏRİNƏ!

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev mövcud məsələ ilə bağlı danışıb.
Cəmiyyət | 17:05 • 24 Fevral 2021
Müharibədən qayıdan və iş yeri tapa bilməyənlərin NƏZƏRİNƏ!

İkinci Qarabağ Müharibəsindən qayıdanlar arasında işsizlik problemi ilə üzləşən bəzi şəxslər var. Bu vətəndaşlar işlə təmin olunmaq üçün hansı quruma müraciət edəcəyini bilmir.

XəzərXəbər xəbər verir ki, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev mövcud məsələ ilə bağlı danışıb.

Komitə sədri bildirib ki, müharibədən qayıdan və iş tapmaqda çətinlik çəkən şəxslər ilk növbədə yaşadığı ünvan üzrə Dövlət Məşğulluq Xidmətinə müraciət etməlidir:

"Onlar həmçinin Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinə də ərizə ilə müraciət edə bilər. Biz onların müraciətini yönləndirə bilərik. Nazirlik və onun rəhbərinə də ərizə ilə müraciət edə bilər.

Lakin ən yaxşısı Dövlət Məşğulluq Xidmətinin internet saytına daxil olaraq orada elektron ərizə formasını doldursunlar. Qısa zaman müddət ərzində onlara vakansiya üzrə iş yerləri təklif ediləcək"./baku.vs

Xəbər lenti