Xəzər Xəbər

Akkreditasiya olunmuş ali təhsil müəssisələrinin monitorinqi keçirilib

Cəmiyyət | 10:41 • 24 Fevral 2021
Akkreditasiya olunmuş ali təhsil müəssisələrinin monitorinqi keçirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin akkreditasiya olunmuş 5 filialının monitorinqi həyata keçirilib.

Təhsil Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, monitorinqin həyata keçirilməsində məqsəd akkreditasiya qiymətləndirilməsi zamanı Akkreditasiya Komissiyasının verdiyi tövsiyələrin icra vəziyyətinin məsafədən qiymətləndirilməsi olub. Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq monitorinq məsafədən və akkreditasiya sonrası filiallar tərəfindən təqdim edilən tədbirlər planlarının əsasında aparılıb.

Monitorinq zamanı tövsiyələrin icrasından məsul struktur bölmə rəhbərləri, eləcə də filialların direktorları ilə müsahibələr təşkil olunub. Müsahibələrin nəticəsi və eyni zamanda filialların təqdim etdiyi təsdiqləyici sənədlərin əsasında Akkreditasiya Kommissiyalarının yekun hesabatlarında verilmiş tövsiyələrin icra vəziyyəti qiymətləndirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən, təhsil müəssisələri akkreditasiya sonrası Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrası ilə bağlı fəaliyyət planı hazırlayaraq təsdiq üçün Agentliyə təqdim edir. Agentlik isə həmin fəaliyyət planının icrasına nəzarət edərək illik hesabatları təhlil edir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
517 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti