Xəzər Xəbər

Azərbaycanda pensiya yaş həddi yüksək deyil NAZİRLİK

Cəmiyyət | 12:41 • 23 Fevral 2021
Azərbaycanda pensiya yaş həddi yüksək deyil

Azərbaycanda pensiya yaşının yüksək olması ilə bağlı iddiaların heç bir əsası yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda əhalinin pensiya yaş həddi yüksək deyil: “Bununla bağlı mütəmadi araşdırma aparılır, sosial-iqtisadi inkişaf baxımından Azərbaycana yaxın olan bir neçə ölkənin təcrübəsi davamlı olaraq öyrənilir”.

E.Abbasov qeyd edib ki, elm və texnikanın inkişafı insanların həyat səviyyəsinin uzanmasına səbəb olub: “Bunu beynəlxalq təşkilatlar da deyir. Həyat səviyyəsinin ömür uzunluğunun artması nəticəsində pensiya yaşı bütün ölkələrdə mərhələli şəkildə artırılır. Bu gün elə ölkə tapmaq olmaz ki, o, pensiya yaşını mərhələli şəkildə artırmasın”.

Xəbər lenti

Çox oxunanlar