Xəzər Xəbər

Narkomanlıq xəstəliyindən azad olan şəxslər işlə təmin ediləcək

Bu, "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş planı"nda əksini tapıb.
Cəmiyyət | 17:52 • 22 Fevral 2021
Narkomanlıq xəstəliyindən azad olan şəxslər işlə təmin ediləcək

Azərbaycanda narkomanlıq xəstəliyindən azad olan insanların cəmiyyətə inteqrasiyası və məşğulluğu təmin ediləcək.

Bu, "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş planı"nda əksini tapıb.

Sənədə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə bu tədbirləri mütəmadi olaraq keçirilməsi tapşırılıb.

Xəbər lenti