Xəzər Xəbər

Nikahın qeydə alınması və tibbi müayinə üçün dövlət rüsumu nə qədərdir?

Cəmiyyət | 12:46 • 22 Fevral 2021
Nikahın qeydə alınması və tibbi müayinə üçün dövlət rüsumu nə qədərdir?

Azərbaycanda ilk dəfə ailə qurmaq istəyənlər və ya əvvəllər ailəli olmuş bir çox şəxslər rəsmi nikaha daxil olarkən hansı sənədlərin təqdim olunmasından və ya bu xidmət üçün dövlət rüsumunun nə qədər olduğundan xəbərsizdilər. Bu səbəbdən bəzi hallarda sənədləşmə prosesində çətinlik yaşanır.

Xezerxeber.az bunu nəzərə alaraq nikahın qeydə alınması, tibbi müayinə və digər prosedurlar zamanı hansı sənədlərə ehtiyac yarandığını və müvafiq xidmətlər zamanı nə qədər dövlət rüsumunun olduğunu təqdim edir.  

Nikahın qeydə alınması üçün arzu edən şəxslərin yazılı ərizələri, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilməlidir. 

Həmçinin əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdə ailə vəziyyəti barədə qeyd olmadıqda, onların vətəndaşı olduğu və ya daimi yaşadığı ölkənin səlahiyyətli orqanlarından verilən və müvafiq qaydada leqallaşdırılmış ailə vəziyyəti haqqında arayış (qeyd olunan arayış verildiyi gündən 6 ay müddətində etibarlıdır), əvvəllər nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı, nikah yaşına çatmayan şəxsin (qızlar və oğlanlar üçün 18 yaş müəyyən olunmuşdur) nikah yaşının azaldılmasına icazə verilməsi barədə rayon (şəhər) İcra Hakimiyyətinin sərəncamı, 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarı, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış və dövlət rüsumunun ödənilməsi barədə sənəd lazımdır. Nikahın qeydə alınması üçün dövlət rüsumunun məbləği 5 manatdır. 

Bundan başqa, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın verilməsi üçün 9 (bir nəfər üçün) manatdır. Tibbi müayinə üçün isə nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyət vəsiqəsi təqdim edilməldir.

Azərbaycanda nikah yaşı 18 müəyyən olunub. 

Atif

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti