Xəzər Xəbər

Həkim dünyanın ən populyar pəhrizinin ölümcül təhlükəsini açıqladı

"Hər hansı bir ciddi pəhriz məhdudiyyəti sağlamlıq problemlərinə səbəb ola bilər".
Cəmiyyət | 19:33 • 20 Fevral 2021
Həkim dünyanın ən populyar pəhrizinin ölümcül təhlükəsini  açıqladı

Bunu rusiyalı valeoloq Nadejda Çernışova “Zvezda”ya müsahibəsində deyib.

Mütəxəssis sadəcə meyvə şirələri və su ilə qidalanmanın təhlükələrindən bəhs edib: “Müxtəlif qida növlərinin uyğunsuzluğu, qidanın bəzi hissələrinin digərlərindən ayrı qəbul edilməsi ilə bağlı bütün ifadələr mifdən ibarətdir. Ayrı-ayrı qidalanma nəzəriyyəsinin banisi tibbi təhsili olmayan amerikalı Herbert Şelton olub. Buna baxmayaraq, o, kifayət qədər populyarlaşıb. Ancaq onun təşəbbüsləri faciəli şəkildə sona çatdı. Onun nəzəriyyəsinin tərəfdarları həzm pozğunluğundan ölməyə başladılar və məktəbi bağlandı. Bir ata qızını 41 gün yalnız meyvə suları və su ilə qidalandırdı, nəticədə körpə sətəlcəmdən öldü”.

N. Çernışova bildirib ki, qidaların bəzi hissələrinin ayrılıqda qəbulu həzm sisteminin pozulmasına və mədə-bağırsaq traktının xroniki xəstəliklərinin inkişafına səbəb ola bilər: “İnsanın mədə və onikibarmaq bağırsağı fərqli qidaları eyni vaxtda həzm edəcək şəkildə qurulub. Bundan əlavə, insanlar təkamül olaraq qarışıq qidalar yeməyə alışıblar. Biz eyni anda qidanın həzmi üçün bütün fermentləri istehsal edirik. Əgər bir şey əlavə etmirsinizsə, bədən bu məhsulun çatışmazlığını kompensasiya etmək üçün əlavə enerji xərcləyir”.

Mütəxəssis insanları bütün qida növlərindən qəbul etməyə və yeganə qidalanma üsuluna fokuslanmamağa çağırıb./publika.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
520 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti