Xəzər Xəbər

Yoluxma sayı yenidən arta bilər - Şöbə müdiri

"Sərnişin avtobuslarında sıxlığın artması yoluxma sayının artmasına gətirib çıxara bilər".
Cəmiyyət | 13:02 • 20 Fevral 2021
Yoluxma sayı yenidən arta bilər - Şöbə müdiri

XəzərXəbər xəbər verir ki, bunu milli.Az-a açıqlamasında ATU-nun Tədris Cərrahiyyə Klinikasının Yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri Sədrəddin Atakişiyev deyib.

Şöbə müdiri bildirib ki, Azərbaycanda COVİD-ə yoluxanların sayında nəzərəçarpacaq artım olmayacaq:

"Yoluxma sayı artsa da, nəzərəçarpacaq artım olmayacaq. Həm xəstələrdə immunitetin yaranması, həm vaksinasiyanın davam etməsi belə düşünməyə əsas verir. Bu da immun sisteminə müəyyən qədər təsir edib, artıq insanlarda antitellər yaranır. Onların xəstələnmə ehtimalı olsa da, artıq aşağıdır. Xəstələnmə sayı çox olmayacaq. Müəyyən qədər artım ola bilər, amma elə bir təhlükəli hal gözləmirik.

Amma uşaqlar arasında da yoluxma sayında artım ola bilər. Onsuz da uşaqlar daşıyıcı olurlar. Onlarda kliniki əlamətlər özünü kəskin biruzə vermir. Amma hər ehtimala qarşı yenə də maska taxmaq, digər qoruyucu tədbirləri görmək lazımdır ki, uşaqlardan böyüklərə yoluxub ağırlaşma hallarına gətirməsin. İnsanlar nə qədər vaksinasiya prosesinə ciddi riayət edərlərsə, bu zaman xəstələnmə sayında ciddi artım olmayacaq".

Rubrikanın digər xəbərləri

Xəbər lenti