Bakı 5 ℃
Xəzər Xəbər
USD 1.7

Yeni yoluxma sayı açıqlandı

Cəmiyyət | 354 | 17:21, 23 Yanvar
 Yeni yoluxma sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 705 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 228 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 724 nəfər müalicə olunaraq sağalıb, 3 072 nəfər vəfat edib, aktiv xəstə sayı 5 892 nəfərdir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 522, ötən müddət ərzində isə ümumilikdə 2 354 473 test aparılıb.

Çox oxunanlar