Xəzər Xəbər

COVID-19-a qarşı vaksin bu şəxslərə vurulmaya bilər

Cəmiyyət | 13:56 • 19 Yanvar 2021
COVID-19-a qarşı vaksin bu şəxslərə vurulmaya bilər

COVID-19 virusuna qarşı kimlərə vaksinin vurulmayacağı açıqlanıb.


TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, istehsalçı şirkətin tövsiyəsinə əsasən, 18 yaşa qədər şəxslərə, hamilə və südverən qadınlara peyvəndin vurulması tövsiyə edilmir, çünki bu istiqamətdə hələ tədqiqat aparılmayıb:


"Vaksindən sonra mümkün ola biləcək - baş ağrısı, əzələ ağrısı, qızdırma və s.kimi əlamətlər isə əks-göstəriş deyil. Bu əlamətlər əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir".

Xəbər lenti