Xəzər Xəbər

Məktəblərdə dərslər bərpa olunur? - Təhsil Nazirliyindən açıqlama

Cəmiyyət | 12:46 • 19 Yanvar 2021
Məktəblərdə dərslər bərpa olunur? -

Təhsil Nazirliyi fevralın 1-dən Azərbaycanda ibtidai siniflər üçün məktəblərdə tədris prosesinin bərpa olunacağı ilə bağlı məlumatlara münasibət bildirib.


Nazirlikdən "Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, bununla bağlı müvafiq planlaşdırma işləri aparılır.


"Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”- nazirlikdən bildirilib.


Qeyd edək ki, sosial şəbəkələrdə 1 və 4-cü siniflərin növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcəyi barədə məlumatlar yayılıb. İddia olunur ki, fevralın 15-dən sonra 5 və 9-cu siniflərin növbəli şəkildə məktəbə qayıdacağı gözlənilir.

Xəbər lenti