Xəzər Xəbər

Sərnişin və yük daşımaları üçün verilən lisenziyaların sayı açıqlandı

Cəmiyyət | 16:28 • 18 Yanvar 2021
Sərnişin və yük daşımaları üçün verilən lisenziyaların sayı açıqlandı

2020-ci ilin yanvar-dekabr ayları ərzində verilmiş Azəbaycanda sərnişin və yük daşımaları üçün 104 828 ədəd fərqlənmə nişanı verilib.


Bu barədə  Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib. Bunlardan, 13 078 ədəd şəhərdaxili, 4 683 ədəd şəhərlərarası, 16 426 ədəd taksi, 63 656 ədəd yükdaşıma, 2 652 ədəd sifarişlə və 4333 ədəd xüsusi fərqlənmə nişanı təqdim edilib.


Fərqlənmə nişanları üzrə 1 815 440 manat məbləğində vergi ödənilib.

Xəbər lenti