Xəzər Xəbər

Bakı-Sumqayıt qatarından istifadə edənlərin nəzərinə

Cəmiyyət | 16:16 • 18 Yanvar 2021
Bakı-Sumqayıt qatarından istifadə edənlərin nəzərinə

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 20 yanvar qeyri-iş günü Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafikini açıqlayıb.


XəzərXəbər-in məlumatına görə, qurumun bununla bağlı yaydığı açıqlamada deyilir ki, həmin gün yalnız aşağıdakı qatarlar hərəkətdə olacaq:


Sumqayıtdan saat 07:40-da yola düşən 6606 nömrəli qatar


Sumqayıtdan saat 09:20-də yola düşən 6614 nömrəli qatar


Bakıdan saat 16:55-də yola düşən 6611 nömrəli qatar


Bakıdan saat 17:20-də yola düşən 6613 nömrəli qatar


Bakıdan saat 18:50-də yola düşən 6621 nömrəli qatar


Bakıdan saat 19:50-də yola düşən 6625 nömrəli qatar

Xəbər lenti