Xəzər Xəbər

Alimlər açıqladı: Koronavirusdan sağalanlar daşıyıcı ola bilərmi?

Cəmiyyət | 18:22 • 14 Yanvar 2021
Alimlər açıqladı: Koronavirusdan sağalanlar daşıyıcı ola bilərmi?

Koronavirusa yoluxub sağalmış şəxslər azı beş ay müddətinə virusa qarşı immunitet əldə edirlər, lakin eyni zamanda xəstəliyin daşıyıcısı olaraq qala bilərlər.


Bunu İngiltərənin İctimai Sağlamlığın Mühafizəsi İdarəsi (PHE) tərəfindən aparılan araşdırmanın nəticələri sübut edir.


"Tədqiqatla məşğul olan alimlər belə qənaətə gəliblər ki, xəstəlik nəticəsində təbii olaraq əldə edilmiş immunitet xəstələnməyənlərə nisbətən yoluxmadan 83 % daha çox qoruyur. İmmunitet xəstəlik anından etibarən azı beş ay davam edir”, - PHE-nin məlumatında ​​deyilir.


Bu, o deməkdir ki, keçən ilin yazında baş vermiş ilk koronavirus dalğası zamanı xəstələnib sonradan sağalan insanlar artıq yenidən xəstələnmə riski altındadır.


"PHE xəbərdarlıq edir ki, antikorları olanlar COVID-19-a yoluxmadan özlərini müəyyən dərəcədə qorusa da, tədqiqatın sonrakı mərhələsindən əldə edilən ilk məlumatlar bu insanların bəzilərinin çox miqdarda virus saxladığını və digərlərinə ötürməyə davam edə biləcəyini göstərir”, - məlumatda yazılıb.


"Bu səbəbdən hər kəsin virusu başqalarına ötürməmək üçün koronavirusa yoluxub sağalsa belə, qaydalara riayət etməyə və evdə qalmağa davam etməsi vacibdir”, - PHE-dən söyləyiblər.


Tədqiqat iyun ayının əvvəlində başlayıb və bu əsnada 20 787 nəfər müayinə edilib. 6 614 iştirakçıda koronavirusa qarşı antikor aşkar edilib./report

Xəbər lenti