Xəzər Xəbər

Azərbaycanda yeni arı növü aşkarlandı

Cəmiyyət | 18:01 • 11 Yanvar 2021
Azərbaycanda yeni arı növü aşkarlandı

Naxçıvan faunasında dünya elmi üçün yeni arı növü aşkarlanıb.


AMEA-dan bildirilib ki, Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsi Biomüxtəliflik Elmi Mərkəzinin əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Maksim Yuryeviç Proşalıki və azərbaycanlı alimlərlə birlikdə çoxsaylı elmi ekspedisiyalar nəticəsində Naxçıvanın Darıdağ və Sirab ərazisindən yeni arı növü - Hoplisoides flavescens (Sarımtıl hoplisoides) dünya elmi üçün ilk dəfə qeyd edilib.


Qazıcı arı cinsi olan Hoplisoides Avstraliya istisna olmaqla dünyanın bütün zoocoğrafi vilayətlərində yayılıb. Cinsin Palearktikada 10, Oriental regionda 10, Afrotropikal regionda 17, Neotropikal regionda 28, Nearktikada 9, Neotropikal-Nearktikada 8 növü olmaqla, dünyada cəmi 82 növü yayılıb. Adıçəkilən arı cinsinin növləri torpaqda, xüsusilə çılpaq, qumlu torpaqda çoxhücrəli yuvalar qurur. Faydalı arı növləri kimi əsasən yarpaqyeyən böcəklərin sürfələrini ovlayıb, onların sayının bioloji tənzimlənməsində əhəmiyyətli rol oynayırlar.


Sarımtıl hoplisoides bütün Palearktik növlərdən mezosomanın qarın hissəsində sarı rəngin və əsasən sarı metasomal sternanın olması ilə fərqlənir.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti