Xəzər Xəbər

Azərbaycanda doğulan hər 100 qıza 114 oğlan uşağı düşür

Cəmiyyət | 16:23 • 29 Dekabr 2020
Azərbaycanda doğulan hər 100 qıza 114 oğlan uşağı düşür

"Demoqrafik təhlillər onu göstərir ki, doğulan uşaqların cins nisbəti (hər 100 qız uşağına düşən oğlan uşaqlarının sayı) bioloji normaya uyğun olaraq 105-107 təşkil edir".


Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin sabah keçiriləcək iclasında ilk dəfə dinləniləcək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında qeyd edilib.


Bildirilib ki, Azərbaycanda diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur: "Hazırda hər 100 qız uşağına 114 oğlan uşağı düşür. Cins nisbətinin pozulmasına görə Azərbaycan dünyada ikinci yerdə qərarlaşıb".

Xəbər lenti