Bakı 10 ℃
Xəzər Xəbər
USD 1.7

ABŞ-da koronavirusa qarşı peyvəndləşmənin ilk mərhələ planı hazırlandı

Cəmiyyət | 229 | 08:52 • 13 Dekabr 2020
ABŞ-da koronavirusa qarşı peyvəndləşmənin ilk mərhələ planı hazırlandı

ABŞ səlahiyyətliləri əhalinin COVID-19 virusuna qarşı peyvəndləşmənin ilk mərhələsi üçün plan hazırlayıb və tətbiqinə dekabrın 14-ü başlayacaq.

Bildirilir ki, "Pfizer" və "BioNTech" firmalarının dərmanları bazar ertəsi günü 145 peyvənd mərkəzinə çatdırılacaq. Daha 425 mərkəz peyvəndi həftənin çərşənbə axşamı və 66-sı çərşənbə günü alacaq. Peyvəndlərin istehsalçıların tələb etdiyi çox aşağı temperaturda saxlama qaydalarına uyğun şərait yalnız bu mərkəzlərdə mövcuddur.

Daha əvvəl Qida və dərmanların keyfiyyətinə nəzarət idarəsi İdarəsi (FDA) Pfizer və BioNTech istehsalı olan peyvəndlərin istifadəsinə icazə verdi. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) də icazəni təsdiqlədi. (trend)


Sevinc 

Çox oxunanlar