Xəzər Xəbər

Pakistan Azərbaycana humanitar yardım göndərib (FOTO)

Cəmiyyət | 10:35 • 12 Dekabr 2020
Pakistan Azərbaycana humanitar yardım göndərib (FOTO)

Bu gün Azərbaycana humanitar yardım gətirən Pakistana məxsus C-130 təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.


İlkin ehtiyac üçün vasitələr, o cümlədən böyük çadırlar, yataq dəstləri və hazır qidalar Pakistan hökuməti tərəfindən Azərbaycan hərbçilərinə və azad olunmuş ərazilərdə fəaliyyət göstərən şəxslərə göndərilib.


Gələn humanitar yardım Pakistanın səfriri Bilal Hay və hərbi attaşe tərəfindən qəbul olunaraq Azərbaycan Müdafiə Nazirliyini təmsil edən polkovnik Rüstəm Gözəlova təhvil verilib.


Səfir B.Hay qeyd edib ki, Pakistan hökuməti tərəfindən göndərilən yardım iki ölkə arasında olan sıx münasibətlər və qardaşlığın bariz nümunəsidir: "Pakistan hökuməti və xalqı hər zaman Azərbaycanı dsətəkləyib və azad edilmiş ərazilərdə yenidən həyatın qurulmasında da əvvəlki kimi yardım etməyə hazırdır”. report


Xəbər lenti