Xəzər Xəbər

Şəhid Xudayar Yusifzadənin büstü hazırlanıb (FOTO)

Cəmiyyət | 10:20 • 8 Dekabr 2020
Şəhid Xudayar Yusifzadənin büstü hazırlanıb (FOTO)

Şəhid Xudayar Yusifzadənin büstü hazırlanıb.


Əsərin müəllifi gənc heykəltaraş Jalə Əliyevadır.


Qeyd edək ki, Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Doğulduğu gündən 24 gün sonra Bərdənin tanınan qarmon ustalarından olan atasını itirib. Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məкtəbini bitirib.


Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə iştirak edib. Bir müddət sonra Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində döyüşlərdə vuruşub. Zəngilanın Ağbənd kəndinin azad olunmasında şücaət göstərmiş və orada yaralanmasına baxmayaraq düşməni məhv edib. Aldığı ağır yaradan sonra şəhidlik zirvəsinə yüksəlib.


Döyüşlərdən iki gün öncə Əliağa Vahidin sözlərinə yazılmış "Vətən yaxşıdır" mahnısını oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır. Həmin video sosial şəbəkələrdə trendə çevrilib.   trend



Nərmin Məcidli


Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar