Xəzər Xəbər

Ərdoğanın Bakı səfərinin TƏFƏRRÜATI

Cəmiyyət | 10:05 • 8 Dekabr 2020
Ərdoğanın Bakı səfərinin TƏFƏRRÜATI

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. O, dekabrın 4-də Aya Sofya məscid muzeyində çıxış edərkən bununla bağlı məlumat vermişdi.


R.T.Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə dekabrın 10-da Bakının Azadlıq Meydanında təşkil olunacaq Zəfər paradında Azərbaycanın işğal altındakı torpaqlarını 30 il sonra azad edən qəhrəman əsgərləri salamlayacaq.


Bundan başqa, "Haber Global”ın məlumatına görə, Ərdoğan səfər zamanı İlham Əliyevlə görüş keçirəcək.


"Haber 7”nin yaydığı məlumata əsasən, görüş zamanı müzakirə olunacaq əsas mövzulardan biri də Azərbaycan və Türkiyə arasında Naxçıvan vasitəsilə nəqliyyat kommunikasiyalarının qurulması olacaq. Tərəflər bu məsələ ilə bağlı qısa zamanda addımlar atmaq niyyətindədir.


Qeyd edək ki, Naxçıvanı Azərbaycanla birləşdirən nəqliyyat kommunikasiyalarının qurulması məsələsi noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli Bəyanatda öz əksini tapıb.   oxu.az 


Nərmin 


Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
511 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti