Xəzər Xəbər

Türkiyədə saxlanılan jurnalistlər deportasiya edildilər

Cəmiyyət | 09:59 • 8 Dekabr 2020
Türkiyədə saxlanılan jurnalistlər deportasiya edildilər

Türkiyədə saxlanılan Rusiyanın "NTV” kanalının jurnalistləri deportasiya olunublar.


İstanbulda saxlanılan jurnalistlərin Rusiyaya uçduqları barədə məlumat yayılıb.


""Mərkəzi Televiziya” proqramının işçiləri olan həmkarlarımız Aleksey Petruşko və İvan Malışkin artıq Moskvadadırlar. Gecə uçuşuyla gəldilər. Hər şey qaydasındadır. Yardımlarına görə Rusiya Xarici İşlər Nazirliyinə, Rusiyanın Ankaradakı səfirliyinə və Rusiyanın Baş konsulluğuna təşəkkür edirik. Əlbəttə ki, bu günlərdə bizi dəstəkləyən KİV orqanlarına da minnətdarıq”, - deyə məlumatda qeyd olunub.


Xatırladaq ki, dekabrın 4-də Rusiyanın "NTV” telekanalının müxbiri Aleksey Petruşko, operator İvan Malışkin və Azərbaycan əsilli Türkiyə vətəndaşı Aytac Carçıyeva Türkiyənin İstanbul şəhərində PUA istehsal sahələrinin icazəsiz çəkilişi zamanı saxlanılıblar.


Dekabrın 7-də Baş Prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıblar. qafqazinfo


Nərmin


Xəbər lenti