Xəzər Xəbər

TƏBİB: Azərbaycan ÜST-ün təsdiqləmədiyi peyvəndi almayacaq

Cəmiyyət | 11:30 • 3 Dekabr 2020
TƏBİB: Azərbaycan  ÜST-ün təsdiqləmədiyi peyvəndi almayacaq

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənməyən koronavirus əleyhinə peyvəndi almayacaq.


Bu barədə Xezerxeber.az-a TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış məlumat verib.


O bildirib ki, vaksinin ABŞ, Türkiyə, yaxud hansısa digər ölkə istehsalı olmasının fərqi yoxdur. "Vaksin ÜST tərəfindən təsdiqləndikdən sonra Azərbaycanda da tətbiq ediləcək”.

Nərmin Məcidli

Xəbər lenti