Xəzər Xəbər

Koronavirusun ölümcül simptomları barədə XƏBƏRDARLIQ

Cəmiyyət | 09:59 • 29 Noyabr 2020
Koronavirusun ölümcül simptomları barədə

Allerqoloq-immunoloq Vladimir Bolibok koronavirusun ölümcül simptomlarını açıqlayıb.


XəzərXəbər xəbər verir ki, mütəxəssis belə simptomların arasında dodaqların ətrafının göyərməsini, sakit vəziyyətdə nəfəs tezliyinin böyüməsini qeyd edib. Bunlar tənəffüs çatışmazlığının inkişafını göstərə bilər, lakin təngənəfəslik COVID-19-un spesifik simptomu hesab edilə bilməz. İybilmə duyğusunun pozulması isə infeksiyanın ümumi simptomu olaraq təyin edilib.


"Gecikdirmək olmaz, çünki ağır simptomlar kifayət qədər sürətlə inkişaf edir. Bu gün yaxşı olan xəstə sabah reanimasiyaya yerləşdirilə bilər", - ekspert bildirib.


Mütəxəssis koronavirusu özbaşına müalicə edə bilməyəcəyimizi də qeyd edib. Çünki xəstəliyin gedişi insanlarda fərqlənə bilər. /publika.az

Xəbər lenti

Çox oxunanlar