Xəzər Xəbər

Eldar Namazov: Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq

Cəmiyyət | 14:03 • 24 Noyabr 2020
Eldar Namazov:

Azərbaycan- Rusiya və Ermənistan arasında imzalanmış sülh bəyannaməsi bu günə qədər də insanlarda bir qədər narahatlıq yaratmaqdadır. Hər kəs meydanda olan qardaş Türkiyənin müqavilə imzalanarkən ortada olmamasından narahatlıq dilə gətirdi.


Politoloq Eldar Namazov verdiyi açıqlamada bildirdi ki, narahatlığa heç bir əsas yoxdur, bu 3 dövlət arasında yeni sənədlərin imzalanması gözlənilir.


"Sənəd imzalananda insanlar narahat oldular , niyə burda Türkiyənin imzası yoxdur. İkinci sənəd də olacaq, üçüncü sənəd olacaq. Türkiyə-Rusiya ilə sənəd imzalayacaq, Azərbaycan-Türkiyə müqaviləsi də olacaq. İkinci, üçüncü sənədlər olacaq, narahat olmayın. Biz hələ bu haqda danışmırıq. Azərbayacan suveren dövlət kimi Türkiyə ilə əməkdaşlığl daha yüksək səviyyəyə qaldırmaq üçün çox önəmli sənədlərə qol çəkəcək. Hər şey indikindən də yaxşı olacaq. Mən hesab edirəm ki, bizdə Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq. Necə ki, Ermənistanda Rusiyanın qoşunları var.


"Türkiyənin bölgədə Rusiyanı sıxışdırmaq ehtimalı varmı?” sualına cavab olaraq Eldar Namazov qeyd etdi ki, Rusiya bunu gözə alaraq Türkiyə ilə müttəfiqliyə önəm verir.


"Putinin çıxışını izlədinizmi? Prezidentlər heç bir sözü təsadüfən seçmirlər. Putin dedi ki, Türkiyə-Rusiya münasibələri Fransa ilə Almaniya kimi ola bilər, yəni düşmənçilikdən müttəfiqliyə. Və Putin bu günə qədər işlətmədiyi bir fikri də işlətdi. O dedi ki, bu problemi indiki şəkildə həll etmək Rusiya üçün daxili siyasət və təhlükəsizlik məsələsidir. Bu Rusiyanın daxili təhlükəsizliyinə təsir edə bilər. Rusiyada bir sıra mədəniyyət xadimləri erməni kilsələrinin dağıdılacağı barədəehtimallar üzərində yazı yazdılar. Səhəri günü Rusiya vətəndaşı olan bir türk Qarabağda dağıdılan Azərbaycan məktəbləri və məscidlərindən yazdı, məqalə müəlliflərini qınadı. Rusiyada 30 milyon müsəlman yaşayır, türk respublikaları yaşayır. Putin gördü ki, bu problemin qabardılması ölkəsinin içərisində dərin yarğana səbəb ola bilər. O bilir ki, Türkiyə və Azərbaycanla konfrantasiyaya başlasa, bu, dünyada onun xeyrinə olmayan meyillərə səbəb olacaq. ABŞ və Almaniya artıq Rusiyaya qarşı mövqe sərgiləyirlər. Ona görə, Putin öz ölkəsinin daxili təhlükəsizliyini düşündü. Rusiya ilk dəfə separatçıları yox, separatçılıqdan əziyyət çəkən dövləti dəstəklədi.Azərbaycanın açdığı bu yol əslində Moldova və Gürcüstanda da alqışlandı, hər iki ölkənin liderləri Rusiyanın Azərbaycana qarşı tutduğu mövqeni alqışladı və bu Qərbin xoşuna gəlməsə də bunu etdilər”./Bizimyol.info

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti