Xəzər Xəbər

Azərbaycanda yenidən sərt karantin olacaq? Təhlükə ilə üz-üzəyik...

Cəmiyyət | 10:22 • 21 Noyabr 2020
Azərbaycanda yenidən sərt karantin olacaq?

Son günlər Azərbaycanda koronavirusa (COVID-19) yoluxma günlük 2 min nəfəri ötüb. Bəs, mövcud yoluxma statistikasının azalması ilə bağlı hansı təkliflər edilməlidir?


Professor Adil Qeybulla açıqlamasında bildirib ki, hər hansı təkliflərin edilməsi məsələsi geridə qaldı:


"Artıq təkliflər etməyin vaxtı keçib. Çünki bundan sonrası sadəcə sərt tədbirlərin həyata keçirilməsidir. Bu da hazırki dövrdə, əhalinin mövcud psixoloji durumunda heç məqsədə uyğun deyil. Buna görə də karantin davranışlarına ciddi nəzarət edilməlidir. Yəni, qapalı məkanlarda insanların fiziki məsafə gözləməsinə, maskadan düzgün istifadə etməsinə, əllərin dezinfeksiyasının həyata keçirilməsinə ciddi nəzarət edilməlidir. Bütün bunlara daha çox ictimai nəqliyyatda nəzarət olunmalıdır. İctimai nəqliyyat yoluxmanın əsas mənbəyidir. Hazırda metronun işləməməsi yükün çox hissəsinin ictimai nəqliyyata düşməsinə səbəb olub.


Yoluxmaların sayı, statistikası həddən artıq çoxdur. Əslində bu kollektiv immunitetdir. Müşahidə etdikdə görürük ki, əhalinin böyük əksəriyyəti virusa yoluxub. Bu mənada da rəsmi rəqəmlər də tam reallığı əks etdirmir. Çünki bir çox insan qeydiyyatdan keçmir, evdə müalicə olunur. Həmin insanların rəsmi olaraq testlərdən keçməməsi, həkim nəzarətində olmaması, evdə müalicə almaq istəyi hazırki rəqəmlərdən, statistikadan kənarda qalmalarına səbəb olur. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, real vəziyyət daha ciddidir"./Redaktor.az

Xəbər lenti

Çox oxunanlar