Xəzər Xəbər

Ev şəraitində istifadə olunan ilk COVID-19 testi

Cəmiyyət | 14:17 • 18 Noyabr 2020
Ev şəraitində istifadə olunan ilk COVID-19 testi

ABŞ-ın Qida məhsullarının və tibbi preparatların keyfiyyətinə nəzarət idarəsi koronavirus testinin ev şəraitində istifadəsinə icazə verib.


Xezerxeber.az "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, həmin test dəstini resept vasitəsilə 50 dollara almaq mümkün olacaq.


COVID-19 testindən həkimlərin koronavirusdan şübhələndiyi 14 yaşdan yuxarı bütün şəxslər istifadə edə biləcək. Ağız-burun boşluğundan götürüləcək nümunənin cavabı 30 dəqiqə ərzində hazır olacaq.


Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyə qədər ABŞ-da 11 milyon 695 min 711 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 254 min 255 nəfəri həyatını itirib.

Xəbər lenti