Xəzər Xəbər

Baş Prokurorluq məlumat yaydı

Cəmiyyət | 13:01 • 17 Noyabr 2020
Baş Prokurorluq məlumat yaydı

"Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bir sıra elmi işçilərinin Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz arxeloji qazıntıların aparılması, Azərbaycana məxsus maddi və mədəni irs abidələrinin talanması barədə mətbuatda dərc edilmiş müraciətinə Baş Prokurorluq tərəfindən baxılıb".


Bu barədə qurumun Mətbuat Xidmətindən məlumat verilib.


"Bununla bağlı bildirilib ki, Ermənistan tərəfindən artıq işğaldan azad edilən ərazilərimizdə arxeloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talanması və digər epizodlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmaqla istintaq qrupu yaradılmışdır.


Cinayət işi üzrə müstəntiqlər tərəfindən hadisə yerlərinə baxış da daxil olmaqla zəruri istintaq hərəkətləri keçirilir, habelə digər dövlət qurumları ilə birlikdə dəymiş maddi, o cümlədən mütəxəssislər və ekspertlər cəlb edilməklə tarixi və arxeologiya baxımından dəymiş ziyanın müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.


Kütləvi informasiya vasitələrində dərc edilmiş müraciətdə qeyd edilmiş digər faktlara da diqqət yetirilməklə, cinayət işi üzrə aparılan istintaq zamanı həmin xüsusatların araşdırılması təmin ediləcəkdir.


İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
501 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti