Xəzər Xəbər

DİN komendant saatı ilə bağlı müraciət etdi

Cəmiyyət | 16:48 • 10 Noyabr 2020
DİN komendant saatı ilə bağlı müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.


Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə deyilir:


"Əziz həmvətənlər! 


Belə bir sevincli, fərəhli gündə onu da unutmamalıyıq ki, ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar hər gün saat  21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir.  


Ona görə də xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasız. Eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayın". 

Xəbər lenti