Xəzər Xəbər

İşğal olunmuş ərazilərimizdə nə qədər məktəbdənkənar təhsil müəssisəsi olub?

Cəmiyyət | 17:10 • 23 Oktyabr 2020
İşğal olunmuş ərazilərimizdə nə qədər məktəbdənkənar təhsil müəssisəsi olub?

Düşmən tərəfindən işğal olunmuş torpaqlarımızda 17 idman, 23 yaradıcılıq profilli olmaqla 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib.


Təhsil Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Ağdam rayonunda 5, Cəbrayıl rayonunda 5, Füzuli rayonunda 5, Kəlbəcər rayonunda 4, Laçın rayonunda 5, Qubadlı rayonunda 5, Şuşa rayonunda 4, Xocəvənd rayonunda 2, Zəngilan rayonunda isə 5 məktəbdənkənar təhsil müəssisəsi yerləşib.


İşğal nəticəsində qeyd olunan ərazilərdə yerləşən 8 məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb, digərləri müvəqqəti olaraq müxtəlif bölgələrə köçürülüb. Hazırda işğal səbəbindən müvəqqəti olaraq digər bölgələrə köçürülən məktəbdənkənar təhsil müəssisələri aşağıdakılardır:


- Ağdam rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;


- Ağdam rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;


- Füzuli rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;


- Füzuli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;


- Laçın rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;


- Laçın rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;


- Şuşa rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;


- Şuşa rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi


- Qubadlı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;


- Qubadlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;


- Zəngilan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;


- Zəngilan rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;


- Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;


- Cəbrayıl rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;


- Xocalı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi.


Qeyd edək ki, 1999-cu ildə Xocalıdan olan məcburi köçkünlərin kompakt yaşadığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində Xocalı rayon Uşaq yaradıcılıq Mərkəzi yaradılıb. 2017-ci ildə Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılmasına əsasən, ölkə üzrə olduğu kimi işğal altında olan rayonlar üzrə də birləşmə nəticəsində yeni müəssisələr yaradılıb.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
534 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti