Xəzər Xəbər

Direktorların işə qəbulu üzrə imtahan proqramı açıqlandı

Cəmiyyət | 12:42 • 21 Oktyabr 2020
Direktorların işə qəbulu üzrə imtahan proqramı açıqlandı

Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçən 2256 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb.


Təhsil Nazirliyindən verilən məlumata gförə, test imtahanı mərhələsinə hazırlaşan namizədlər imtahan proqramı ilə tanış ola bilərlər.


İmtahan mərhələsi keçirilməzdən öncə müsabiqəyə elektron qeydiyyatın yenidən elan edilməsi nəzərdə tutulub. Müsabiqənin test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə əvvəlcədən məlumat veriləcək.


Qeyd edək ki, müsabiqəyə elektron sənəd qəbulu cari ilin 28 sentyabr – 5 oktyabr tarixlərində həyata keçirilib. Müsabiqədə iştirak etmək üçün 3251 namizəd elektron qeydiyyatdan keçib, 2479 namizəd elektron ərizəsini təsdiqləyib.


Təhsil Nazirliyi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
407 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti