Xəzər Xəbər

Müəllimlərin işə qəbulu imtahanlarında 40 minə yaxın namizəd iştirak edib

Cəmiyyət | 17:15 • 8 Sentyabr 2020
Müəllimlərin işə qəbulu imtahanlarında 40 minə yaxın namizəd iştirak edib

Müəllimlərin işə qəbulu imtahanlarında 40 minə yaxın namizəd iştirak edib.


Xezerxeber.az xəbər verir ki, bunu canlı yayımda Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.


O bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları tam fərqli formatda həyata keçirilib. Pandemiya şəraitində imtahanları təkcə bir məkanda - Bakı şəhərində yox, ölkənin müxtəlif regionlarını əhatə etməklə 17 şəhər və rayon olmaqla 32 mərkəzdə təşkil edilib.


"Bu gün imtahanların sonuncu günüdür. Bütün fənlər üzrə imtahanlarda iştirak edən namizədlər olub. Əvvəlki illərdən fərqli olaraq imtahanı başa çatdıran namizədlər şəxsi səhifələrindən ötən həftədən başlayaraq elektron formada apelyasiya müraciəti etmək imkanına malik olublar. Apelyasiya mərhələsi başa çatandan sonra namizədlər bu gün saat 14:00-dan başlayaraq vakansiya seçiminə başlayıblar. Onlara elektron qaydada 8 vakant yer seçmək imkanı yaradılacaq. Bu mərhələnin sonunda uyğun namizədlər vakant yerlərə elektron qaydada yerləşdiriləcəklər. Burada ilkin olaraq namizədlərin nəticələri və seçim ardıcıllığı nəzərə alınacaq”, - deyə E.Bağırov vurğulayıb.

Xəbər lenti