Xəzər Xəbər

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu il 27 şəxsi cinayət başında yaxalayıb

Cəmiyyət | 14:39 • 8 Sentyabr 2020
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu il 27 şəxsi cinayət başında yaxalayıb

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.


Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, bu günün rəqəmi isə "27”-dir.


Belə ki, 2020-ci ilin I yarımili ərzində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları keçirilən əməliyyat tədbirləri nəticəsində 27 şəxsin cinayət başında yaxalanmasını təmin edib.


Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Xəbər lenti

Çox oxunanlar