Xəzər Xəbər

Azərbaycanda karantin rejimi qaydalarını pozan vəkil həbs edilib

Cəmiyyət | 12:26 • 27 İyul 2020
Azərbaycanda karantin rejimi qaydalarını pozan vəkil həbs edilib

Bakıda karantin rejimi qaydalarını pozan şəxs həbs edilib.


APA-nın əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyasının üzvü, "Mərkəz” Vəkil Bürosunun vəkili Nadirov Elçin Zahir oğlu karantin qaydalarını pozduğu üçün saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.


Xətai rayon Məhkəməsində hakim Lalə Rəhimlinin sədrliyi ilə keçirilən prosesdə Elçin Nadirov 1 ay müddətinə inzibati qaydada həbs edilib.


Qərardan narazı qalan vəkil apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsində onun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Xəbər lenti

Çox oxunanlar