Xəzər Xəbər

Bakıda karantin rejimini pozan kafe aşkarlanıb, 4 nəfər cərimələnib

Cəmiyyət | 09:35 • 9 İyun 2020
Bakıda karantin rejimini pozan kafe aşkarlanıb, 4 nəfər cərimələnib

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

Binəqədi RPİ Post Patrul Xidməti və 40-cü polis bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 8-də 28 May qəsəbəsində kafenin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 4 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı M.Ələkbərova 200 manat, digərləri 100 manat cərimə olunublar.

Xəbər lenti