Xəzər Xəbər

Daha 178 Azərbaycan vətəndaşı Türkiyədən Bakıya gətirilib - FOTO

Cəmiyyət | 19:31 • 22 May 2020
Daha 178 Azərbaycan vətəndaşı Türkiyədən Bakıya gətirilib -

Mayın 22-də daha 178 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb. "Azərbaycan Hava Yolları" (AZAL) İstanbuldan Bakıya növbəti çarter reysini həyata keçirib.


"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.


Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq bu həftə AZAL aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirib.

Xəbər lenti