Xəzər Xəbər

Məleykə Abbaszadə: Yeni imtahan proqramı ilə bağlı məsələlər yenə də müzakirə olunacaq

Cəmiyyət | 15:20 • 21 Aprel 2020
Məleykə Abbaszadə: Yeni imtahan proqramı ilə bağlı məsələlər yenə də müzakirə olunacaq

Mart-aprel aylarında nəzərdə tutulan imtahanlara aid bütün proqramlar noyabr-dekabr ayında elan olunub. Bu gün isə şagirdlər həm onlayn dərslərdə iştirak edir, həm də teledərsləri dinləyirlər. Eləcə də Dövlət İmtahan Mərkəzi tərəfindən bütün fənlər və siniflər üzrə resurslar iki ildir ki, "YouTube” kanalımıza yerləşdirilir.

Xezerxeber.az xəbər verir ki, bu fikri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 21-də keçirdiyi onlayn mətbuat konfransında söyləyib. O bildirib ki, təkcə karantin rejimi zamanı 200-ə yaxın yeni dərs portala yerləşdirilb. "Bu dərslərin özəlliyi nədən ibarətdir? Kimsə hər hansı mövzunu vaxtında keçməyibsə, həmin dərsdə olmayıbsa, "YouTube” kanalımızda o mövzuya baxa bilər. Hər mövzu 7-10 dəqiqəni əhatə edir. Ola bilər ki, kiminsə "YouTube” portalına imkanı yoxdur. Lakin vətəndaşların 90 faizində telefon var. DİM-in "YouTube” kanalına telefon vasitəsilə də qoşulmaq mümkündür. Dərsliklər də hamıya məktəbdə verilib. Dərsliklərdən əlavə, müxtəlif vəsaitlər var. Dərslərin iki ay olmaması, təbii ki, psixoloji cəhətdən şagirdlərə təsir edib. Amma bu o demək deyil ki, onların dərslərini mənimsəməsində problem yaranır. Biz imtahan proqramını elan edəndə Təhsil Nazirliyi ilə razılaşdırmışdıq. Yenisi tərtib olunanda da Təhsil Nazirliyi ilə razılaşdırılacağıq. Yəqin ki xüsusilə biologiya fənnindən imtahanlara koronavirusla bağlı suallar da əlavə olunacaq. Dövlət İmtahan Mərkəzi tərəfindən hətta "COVID-19 haqqında məlumatlılıq” testi hazırlanıb. Virusdan özünü qorumaqla bağlı sualı biz gənclərə ünvanlayırıq. Bir sözlə, yeni imtahan proqramı ilə bağlı məsələlər yenə də müzakirə olunacaq.

Xəbər lenti