Xəzər Xəbər

Gəncədə küçədən tapılan körpənin durumu normaldır

Cəmiyyət | 12:48 • 24 Dekabr 2019
Gəncədə küçədən tapılan körpənin durumu normaldır

Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan körpənin durumu barədə məlumat yayıb.

Nazirlikdən bildirilib ki, körpənin vəziyyəti normaldır.

"Gəncədə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri 3-4 günlük olan oğlan uşağının vəziyyəti barədə xəstəxanadan bildirdilər ki, uşaqda fiziki qüsur qeydə alınmayıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda həkimlərin nəzarəti altındadır. Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib".

Xəbər lenti