Xəzər Xəbər

Bu gün bu bölgədə qaz olmayacaq

Cəmiyyət | 09:34 • 9 Noyabr 2019
Bu gün bu bölgədə qaz olmayacaq

Noyabrın 9-da Xətai rayonu Zakir Yusifov küçəsində aparılacaq asfaltlama işləri çərçivəsində "Azəriqaz” İstehsalat Birliyi də həmin yolda köhnə kəmərin yenisi ilə dəyişdirilməsi işlərini icra edəcək.

"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə razılıq da əldə olunub.

Bununla da yol çəkilişi ilə qaz xəttinə dair təmir prosesinin eyni zamanda təşkili yenicə çəkiləcək asfalt örtüyünün qorunmasına səbəb olacaq və bu proses üçün bundan sonra təkrar qazıntı aparılmasına ehtiyac qalmayacaq.

Qeyd olunub ki, bu zaman yol keçidindəki yeraltı 325 mm diametrində polad boru 315 mm diametrində polietilen boru ilə əvəzlənəcək. Səhər saat 09:00 radələrində başlanılacaq işlər zamanı Xətai rayonunun NZS qəsəbəsi, Rəşid Bağırov, Yavər Əliyev, Aşıq Qurban, Süleyman Əhmədov, İlqar Həbibov küçələrində bir qrup abonentin qaz təchizatında müvəqqəti olaraq (təqribən 4 saat müddətinə) fasilələr müşahidə olunacaq.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti