Bakı 19 ℃
Xəzər Xəbər
USD 1.7

Bu əlamətlər infarktın xəbərçisidir

Cəmiyyət | 455 | 15:23 • 18 Oktyabr 2019
Bu əlamətlər infarktın xəbərçisidir

Ayaqlarda ağrı, soyuqdəymə və ya qripdən sonra güclü zəiflik, habelə pilləkən qalxanda təngnəfəslik hiss edirsinizsə, bu, infartın əlamətləri ola bilər.

Bu qənaətə Almaniya Ürək Fondunun mütəxəssisləri apardıqları araşdırmalar nəticəsində gəliblər.

Araşdırmanı aparan həkimlər yerimə zamanı baldırlarda yaranan ağrını infarktın yaxınlaşmasının ən təhlükəli əlaməti hesab edir. İnsan uzananda ayaq barmaqları ağrayırsa, ayağa qalxanda ağrı keçirsə, öz sağlamlığının qayğısına qalmalıdır, çünki bu, ayaqlarda aterosklerozun iki əlamətidir. Kardioloqlar vurğulayırlar ki, ürək çatışmazlığı respirator pozulmalara ağciyər xəstəliklərindən daha çox səbəb olur.

Bundan əlavə, infeksiyadan sonra ayaqlarda şişmə, sinədə təzyiq, azacıq gərginlik keçirən kimi nəbzin qeyri-müntəzəm vurması, yaxud təngnəfəslik hissi əlamətləri müşahidə ediləndə də ürəyi yoxlatmaq lazımdır./axar.az

Çox oxunanlar

Bir həftə iş olmayacaq
611 | 17:16 • 19 Aprel 2021