Xəzər Xəbər

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ Bu yollarda ehtiyatlı olun

Cəmiyyət | 14:03 • 14 Oktyabr 2019
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Bakıda bəzi küçə və yollarda rənglənmə işləri aparılacaq.

XəzərXəbər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, Gecə saatlarında isə Xətai rayonu, Xudu Məmmədov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu üzdən sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti