Xəzər Xəbər

Noyabrda neçə gün iş olmayacaq?

Cəmiyyət | 10:25 • 10 Oktyabr 2019
Noyabrda neçə gün iş olmayacaq?

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.

XəzərXəbər xəbər verir ki, noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən noyabrın 11-i, həftənin bazar ertəsi də qeyri-iş günü hesab ediləcək.

Beləliklə, ardıcıl 3 gün - noyabrın 9-u, 10-u və 11-i iş olmayacaq.

Noyabrın 12-si (Konstitusiya Günü) isə iş günüdür.

Xəbər lenti