Xəzər Xəbər

Bu qidalar orqanizmi qocaldır Alimlərdən xəbərdarlıq

Cəmiyyət | 13:03 • 29 İyul 2019
Bu qidalar orqanizmi qocaldır

Qərb alimləri yeni araşdırmanın nəticələrini açıqlayıblar.

XəzərXəbər ölkə.az-a istinadən bildirir ki, alimlər orqanizmi tez qocaldan qidaların siyahısını tərtib ediblər. Məlum olub ki, şəkər, duz və çörək qara siyahıya düşüb.

Şəkərdən istifadəni minimum endirmək məsləhət görülür. Qeyd edilir ki, şəkər və tərkibində şəkər olan məhsullar dəriyə və saça mənfi təsir edir.

Alimlər duzla da ehtiyatlı olmağı məsləhət görürlər. Əgər duzdan çox istifadə etsək, böyrəklərdə problem üzə çıxar.

Bundan başqa çörək və un məmulatları da məsləhət görülmür. Bu məhsullar qlikemik indeksi artırır. Bu da öz növbəsində qanda şəkərin miqdarına təsir edir.

Xəbər lenti